ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxın Şərqdə hərbi gərginliyin yüksəlməsi ilə paralel olaraq, İran hakimiyyəti ölkə daxilindəki müxalif səsləri susdurmaq üçün cəza tədbirlərini kəskinləşdirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı son hesabatda İranda insan haqlarının vəziyyəti ilə bağlı dəhşətli statistika əks olunub.
BMT-nin məlumatına görə, bölgədə münaqişənin başlamasından bəri İranda siyasi motivlərlə həyata keçirilən edam və kütləvi həbslərin sayı pik həddə çatıb. Hesabatda qeyd olunur ki, son bir neçə ay ərzində ümumilikdə 21 nəfər edam edilib. Cəza tədbirlərinin səbəbləri aşağıdakı kimi təsnif olunub:
2026-cı ilin yanvar ayında keçirilən kütləvi xalq etirazları ilə əlaqəli 9, müxalif qruplara üzv olmaqda şübhəli bilinən 10, xarici kəşfiyyat orqanlarına casusluq etmək ittihamı ilə 2 nəfər edam olunub.
Rəsmi Tehran təkcə edamlarla kifayətlənməyərək, ölkə daxilində genişmiqyaslı "təmizləmə" əməliyyatlarına başlayıb. BMT-nin gəldiyi qənaətə görə, 2026-cı ilin 28 fevralından etibarən İranda milli təhlükəsizliklə bağlı ittihamlarla 4 000-dən çox insan saxlanılıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.