AZ

Türkiyədə HƏYƏCAN TƏBİLİ: Ankara təcili HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hörmüz boğazında yaranan gərginlik Türkiyə iqtisadiyyatına ciddi maliyyə yükü gətirə bilər. Enerji bazarlarında baş verən dalğalanmalar fonunda rəsmi Ankara artıq mümkün itkiləri hesablayıb.

KONKRET.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, neftin qiymətindən asılı olaraq ölkənin əlavə xərcləri 13,6 milyard dollardan 24 milyard dollara qədər arta bilər.

Onun sözlərinə görə, əgər “qara qızıl”ın bir barelinin orta qiyməti 100 dollar səviyyəsində qalarsa, ilin sonuna qədər əlavə xərclər 13,6 milyard dollar təşkil edəcək. Qiymət 125 dollara yüksələrsə, bu rəqəm 24 milyard dollara çatacaq.

Nazir qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranan böhran yalnız xərclərin artması ilə məhdudlaşmır. Belə ki, bu vəziyyət Türkiyə büdcəsinin vergi daxilolmalarına da mənfi təsir göstərəcək. Hesablamalara görə, dövlət büdcəsi təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) həcmində vergi gəlirindən məhrum ola bilər.

Ekspertlər hesab edir ki, qlobal enerji marşrutlarının təhlükə altına düşməsi region ölkələri üçün əlavə iqtisadi risklər yaradır və bu prosesin davam etməsi Türkiyə iqtisadiyyatına daha geniş təsir göstərəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
2
konkret.az

3Mənbələr