Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması onu suveren qərarıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiyanın BƏƏ-nin qərarına hörmətlə yanaşdığını vurğulayıb.
Kreml rəsmisi Rusiyanın OPEC+ təşkilatından çıxmayacağını bəyan edib.
“Moskva ümid edir ki, BƏƏ-nin OPEC+ təşkilatından çıxması bu formatın sonuna gətirib çıxarmayacaq”, - Peskov əlavə edib.