AZ

Dünya yenidən silahlanır: artan hərbi xərclər və dəyişən təhlükəsizlik reallığı

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2025-ci ildə qlobal hərbi xərclər əvvəlki illə müqayisədə 2,9 faiz artaraq 2,887 trilyon dollara çatıb. Bu məlumatlar Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında yer alır.

Hesabata görə, ABŞ-da müdafiə xərcləri azalsa da, Avropada 14 faiz, Asiya-Sakit okean regionunda isə 8,1 faiz artım qeydə alınıb. Dünyada ən çox hərbi xərcləyən üç ölkə – ABŞ, Çin və Rusiya birlikdə 1,48 trilyon dollar xərcləyib ki, bu da ümumi xərclərin yarıdan çoxunu təşkil edir.

ABŞ nəzərə alınmadan hesablandıqda dünya üzrə hərbi xərclərin artımı 9,2 faiz təşkil edib. Müdafiə büdcəsinə görə ilk beşlikdə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan yer alır və ümumi xərclərin 58 faizi məhz bu ölkələrin payına düşür.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda dünya militarizasiya, yəni yenidən hərbiləşmə mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, bu proses qlobal miqyasda baş verən dərin hərbi, siyasi və strateji dəyişikliklərlə bağlıdır.

Hikmət Babaoğlu qeyd edir ki, hazırkı mərhələ köhnə beynəlxalq siyasi sistemin və təhlükəsizlik arxitekturasının funksionallığını itirdiyi, yeni təhlükəsizlik çətirinin isə hələ tam formalaşmadığı bir dövrdür. Bu səbəbdən strateji qeyri-sabitlik hərbi təhlükəsizlik ehtiyaclarını artırır və hərbi xərclərin yüksəlməsi bu tendensiya ilə uyğunluq təşkil edir.

Deputatın fikrincə, beynəlxalq hüquq, silahsızlaşdırma və nüvə silahlarının azaldılması kimi yanaşmalarla real təhlükəsizlik riskləri arasında müəyyən ziddiyyətlər mövcuddur. Deputat vurğulayır ki, bu gün bütün dövlətlər müxtəlif səviyyələrdə təhlükəsizlik riskləri ilə üz-üzədir və bu da əlavə müdafiə tədbirlərini zəruri edir.

Müharibələrə ayrılan böyük maliyyə vəsaitlərinə münasibət bildirən Hikmət Babaoğlu qeyd edir ki, tarix boyu müharibələr bəşəriyyətin inkişafı ilə paralel şəkildə mövcud olub. Onun sözlərinə görə, bu səbəbdən yalnız idealist yanaşmaya əsaslanaraq müharibələrin tamamilə yoxluğunun rifahı avtomatik artıracağı fikrini mütləq həqiqət kimi qəbul etmək düzgün deyil.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
bizimyol.info

1Mənbələr