AZ

Gömrükdə şübhəli malların buraxılışı 3 günədək dayandırılacaq

Azərbaycanda şübhəli malların gömrük buraxılışının müvəqqəti dayandırılması nəzərdə tutulur.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.


Layihəyə əsasən, xüsusilə tez xarab olan malların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt (saxta və ya müəllif hüquqlarını pozan) məhsul olması ilə bağlı əlamətlər aşkar edilərsə, buraxılış müvəqqəti dayandırılacaq.


Bu halda gömrük orqanı rəhbərinin qərarı ilə malların buraxılışı ilkin olaraq 3 iş günü müddətinə dayandırılacaq. Müraciət edən tərəf əsaslandırılmış şəkildə əlavə vaxt tələb edərsə, bu müddət daha 3 iş günü uzadıla bilər.


Gülnar Nazimqızı 

Seçilən
34
3
anews.az

4Mənbələr