"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.
Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Bağırov ADY-nin Tikinti layihələrinin idarə olunması departamentinin Maliyyə və smeta şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər İnzibati sektorun müdiri vəzifəsində, 2022-2024-cü illərdə isə maliyyə mütəxəssisi vəzifəsində çalışıb.