Beynəlxalq Valyuta Fonduna (BVF) ən çox borcu olan ölkələr açıqlandı.
Hafta.az yazır ki, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik dövründə beynəlxalq maliyyə qurumları tərəfindən açıqlanan məlumatlar bir daha diqqət mərkəzinə çevrilib. Ümumi mənzərə iqtisadi balansların sürətlə dəyişdiyi bir prosesdə borc strukturlarının yenidən təhlilini zəruri edir.
BVF-yə ən çox borcu olan ölkələrin ilk iyirmiliyini təqdim edirik: 20. Mərakeş 935,7 milyon dollar, 19. Uqanda 956,7 milyon dollar, 18. Sudan 991,6 milyon dollar, 17. Zambiya 1,13 milyard dollar, 16. Kamerun 1,20 milyard dollar, 15. Tanzaniya 1,34 milyard dollar, 14. Efiopiya 1,57 milyard dollar, 13. İordaniya 1,66 milyard dollar, 12. Şri-Lanka 1,77 milyard dollar, 11. Kosta-Rika 1,79 milyard dollar, 10. Konqo Demokratik Respublikası 2,22 milyard dollar, 9. Anqola 2,49 milyard dolalr, 8. Qana 2,85 milyard dollar, 7. Keniya 2,94 milyard dollar, 6. Kot Divuar 3,63 milyard dollar, 5. Misir 6,20 milyard dollar, 4. Ekvador 7,21 milyard dollar, 3. Pakistan 7,36 milyard dollar, 2. Ukrayna 10,08 milyard dollar, 1. Argentina 41,8 milyard dollar.