
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 72.599 nəfərə çatıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 5 mülki şəxs gətirilib. Onlardan dördü İsrailin yeni hücumlarında həlak olub, biri isə xilasetmə əməliyyatları zamanı tapılıb. İsrail hücumlarında yeddi mülki şəxs də yaralanıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 10 oktyabrda Qəzza zolağında İsrail ilə HƏMAS arasında əldə edilən atəşkəs razılaşmasından bəri ölənlərin ümumi sayı 823-ə, dağıntılar altından çıxarılan cəsədlərin sayı 763-ə, yaralıların sayı isə 2308-ə çatıb.
Bəyanatda həmçinin qeyd olunur ki, 7 oktyabr 2023-cü il tarixində İsrail hücumlarının başlamasından bəri ölənlərin sayı 72.599 nəfər, yaralananların ümumi sayı isə 172.411 nəfərə olub.
İlahə Qənbərli
Missiya.Az