AZ

Çin Afrika mallarını idxal rüsümlarından azad edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 29 aprel, AZƏRTAC

Çin mayın 1-dən başlayaraq rəsmi Pekin ilə diplomatik münasibətləri olan Afrika ölkələrinin məhsullarını idxal rüsumlarından tam azad edəcək.

AZƏRTAC xəbər verir ki, Çin-Afrika iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addım olan sıfır tarif rejimi Afrikanın 20 ölkəsini əhatə edəcək. Çin bundan əvvəl 2024-cü ilin dekabrından Afrikanın ən az inkişaf etmiş 33 ölkəsi üçün idxal rüsumlarını dayandırmışdı. Son qərarla bu mexanizm artıq diplomatik əlaqəsi olan bütün Afrika ölkələrini əhatə edən daha geniş çərçivəyə keçir. Qanun 2 il qüvvədə olacaq.

Bu qərar Çinin Afrika bazarı ilə ticarət əlaqələrini daha dərinləşdirmək niyyətini göstərir. Sıfır tarif rejimi Afrika ölkələrinin Çin bazarına çıxışını asanlaşdıra, xüsusilə ixracyönümlü sektorlar üçün yeni imkanlar yarada bilər. Son açıqlama həm də Pekinin Afrika ilə iqtisadi əməkdaşlığı yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real ticarət mexanizmləri ilə genişləndirməyə çalışdığını göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
4
azertag.az

5Mənbələr