AZ

Şirkətləri “dağıdan” 8 işçi tipi Sahibkarlar onları necə tanıya bilərlər?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər bir biznes sahibi problemləri müstəqil şəkildə müəyyən edib həll edə bilən güclü komanda qurmaq istəyir. Lakin reallıq çox vaxt fərqli olur. Bəzən güvənilən və ümid bağlanan işçilər gözlənilmədən şirkətdə problemlərin əsas mənbəyinə çevrilirlər. Bu, məqsədli təxribatdan yox, daha çox şəxsi xüsusiyyətlərdən qaynaqlanır. Belə işçilər istənilən biznesi ciddi risk altına sala bilər.

Yeniavaz.com “Forbes” nəşrində yer alan yazıya istinadən bu cür “təhlükəli” işçi tiplərini təqdim edir:“PR ustası”

Bu tip insanlar özlərini təqdim etməkdə çox bacarıqlıdır. Onlar cazibədar danışır, böyük layihələrdən və yüksək nəticələrdən söz açırlar. Lakin əslində onların real işi çox az olur. Onlar gözəl görüntü yaradır, amma nəticə vermirlər. Belə insanı tanımaq üçün konkret suallar vermək lazımdır. Əgər cavablar ümumi və qeyri-dəqiqdirsə, ehtiyatlı olmaq lazımdır.“Zəhərli peşəkar”

Bu işçilər peşəkar və təcrübəli olur. Amma davranışları problem yaradır. Onlar həmkarlarına qarşı hörmətsiz olur, kinayəli danışır və komandada mənfi mühit yaradır. Nəticədə digər işçilərin motivasiyası azalır, bəziləri isə işi tərk edir. Belə insanları müəyyən etmək üçün onların əvvəlki iş yeri haqqında fikirlərinə diqqət etmək lazımdır. Bu işçilər əksər hallarda əvvəlki iş yerləri haqqında neqtif fikirlər səsələndirirlər.“Xaos agenti”

Ən təhlükəli tiplərdən biridir. Bu insanlar xoşxasiyyətli görünsələr də, ciddi səhvlər edirlər. Bəzən bu səhvlər böyük fəsadlara səbəb olur. Onlar vacib sənədləri unutmaq və ya hesablamalarda ciddi yanlışlıq etmək kimi problemlər yaradır. Belə halların real həyatda ağır nəticələri də olub. Bu tip işçiləri müəyyən etmək üçün onların iş tarixində tez-tez dəyişikliklərə və uğursuzluqlara diqqət yetirmək lazımdır.“Bacarıqlı tənbəl”

Bu işçilər bilikli və təcrübəli olur. Amma potensiallarının çox az hissəsini istifadə edirlər. Onlar işi gecikdirmək və ya etməmək üçün müxtəlif səbəblər tapırlar. Belə insanları müəyyən etmək üçün sınaq müddətində yüksək iş yükü vermək effektiv üsuldur.“Səyyah”

Bu tip işçilər tez-tez iş yerini dəyişir. Onlar adətən 6-12 aydan bir yeni iş axtarır. Belə işçini işə götürərkən uzunmüddətli plan qurmaq risklidir. Onlar daha çox qısamüddətli layihələr üçün uyğun sayılır.“Qüsursuz”

Bu insanlar öz səhvlərini qəbul etmir. Onlar hesab edir ki, hər şeyi düzgün edirlər. Bu səbəbdən onları inkişaf etdirmək çətin olur. Amma maraqlıdır ki, bu tip insanlar çətin və narazı müştərilərlə işləməkdə bəzən uğurlu ola bilirlər.“Məqsədsiz”

Bu işçilərin heç bir məqsədi və ambisiyası yoxdur. Onlar sadəcə iş saatını doldurur. Şirkət inkişaf etdikcə belə işçilər maneəyə çevrilir. Onlar yeni bacarıqlar öyrənmək və məsuliyyət götürmək istəmir.“Saxtakar”

Bu ən riskli qruplardan biridir. Bu insanlar şəxsi həyatlarında etik qaydaları tez-tez pozur. Belə davranışlar iş həyatına da təsir edir. Onlar şirkətdə oğurluq, məlumat sızdırma və ya manipulyasiya kimi problemlər yarada bilər. Buna görə işə qəbul zamanı onların keçmişi diqqətlə araşdırılmalıdır.Məqalə müəllifləri sonda qeyd edirlər ki, biznes sahibləri işçiləri seçərkən yalnız görünüşə və ilk təəssürata aldanmamalıdır. Cazibədarlıq və gözəl danışıq hər zaman real nəticə demək deyil. Nəzarət mexanizmləri qurmaq, ciddi yoxlama aparmaq və detallara diqqət etmək şirkəti risklərdən qorumağın əsas yollarıdır.Murad Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
yeniavaz.com

2Mənbələr