Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Aprelin 28-də AZCON Holding ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu (AD Ports Group) arasında Azərbaycanda limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri üzrə strateji əməkdaşlıq imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Memorandum Azərbaycanda investisiya imkanlarının araşdırılması, həmçinin inteqrasiya olunmuş nəqliyyat və logistika infrastrukturu, o cümlədən dənizçilik və rəqəmsal həllər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tərəflər arasında strateji çərçivə formalaşdırır.
Bildirək ki, AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə” ilə Xəzər dənizində fəaliyyət göstərmək üçün iki 780 TEU konteyner gəmisinin inşası nəzərdə tutulur. Bu gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.
Qeyd edək ki, AZCON Holding Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin İqtisadi Alt Komitəsinin üzvüdür. Bu çərçivədə keçirilən Komitənin ikinci iclası zamanı tərəflər arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına dair Yol Xəritəsi müzakirə olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.