AZ

Bu halda maşınınız dövlət mülkiyyətinə keçəcək

Rəsmiləşdirilməyən mallar 6 aydan sonra dövlət mülkiyyətinə keçəcək

Banker.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərə görə, gömrük sərhədini keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi başa çatdırılmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Belə ki, mövcud qaydalara əsasən yalnız məhkəmə qərarı ilə müsadirə edilən və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirdi. Yeni dəyişiklik isə bu siyahıya vaxtında rəsmiləşdirilməyən malları da əlavə edir.

MənbəMODERN.AZ
Seçilən
50
banker.az

1Mənbələr