Ursula fon der Leyen İranla bağlı mümkün sülh razılaşması barədə açıqlama verib.
Redaktor.az xəbər verir ki, o bildirib ki, İran ilə əldə olunacaq istənilən razılaşma ölkənin həm nüvə, həm də ballistik raket proqramlarını əhatə etməlidir.
Fon der Leyen qeyd edib ki, atəşkəsin qorunması üçün diplomatik səylər davam etdirilir və münaqişəyə uzunmüddətli son qoyulması vacibdir.
O, həmçinin Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI