AZ

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı - FOTO

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı - FOTO

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.

AFN.az APA-ya istinadən xəbər verir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.

Körpünün sıradan çıxması səbəbindən kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb. Sakinlər alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Kür çayının aşağı axınında müşahidə olunan su artımı ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər aparılır və yaranmış problemin aradan qaldırılması üçün tədbirlər planlaşdırılır.

Seçilən
30
afn.az

1Mənbələr