AZ

Qəbələdə keçirilən görüşlər təbliğat baxımından önəmlidir Fazil Mustafa

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Billdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ard-arda Ukrayna Prezidenti və Çexiyanın Baş naziri ilə görüşlər keçirdi. Bu görüşlər isə Azərbaycanın ən gözəl guşələrindən olan Qəbələdə keçirildi.

Bəs bu mühüm görüşlərin keçirilməsində məkan niyə məhz Qəbələ oldu? 

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bunun səbəbi dəqiq bilinmir.

"Hər halda, bu seçim hava və digər iqlim şərtləri ilə bağlı ola bilər. Lakin Qəbələdə keçirilməsi xüsusi bir fərq yaratmır, çünki Azərbaycan Prezidenti bu cür tədbirləri vaxtilə Xankəndidə də təşkil edib. Ehtimal etmək olar ki, müəyyən məkanlara diqqət çəkmək və onların tanıdılması məqsədilə belə seçimlər edilir. Bu baxımdan Prezidentin həmin bölgələrdə keçirdiyi görüşlər kifayət qədər faydalıdır. Çünki bundan daha effektiv reklam vasitəsi təsəvvür etmək çətindir. Qəbələnin təbiətinin, landşaftının gələn qonaqlara tanıdılması, onun turizm potensialının həm yerli, həm də xarici ziyarətçilərə təqdim olunması bu baxımdan təbliğat xarakteri daşıya bilər. Lakin konkret səbəb barədə dəqiq fikir söyləmək çətindir", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
redaktor.az

2Mənbələr