AZ

“Sabah”a 7500 manatlıq cərimə

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, komandalar aşağıdakı cəzaları alıb.  

“İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin.“İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin.“İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin.“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin.

“Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin.“Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin.“Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
3
qafqazinfo.az

10Mənbələr