16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.


Rekord.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq.


Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.


U-16-ya dəvət edilən futbolçuların adlarını və keçirəcəyi oyunların təqvimini nəzərinizə çatdırırıq:

 

1. İradə Əsədli - Şəfa

2. Süməyyə Əhməd - Ulduz

3. Xədicə Rəhimova - Neftçi

4. Zəhra İsmayılova - Şəfa

5. Məryəm Nuruzadə - Ulduz

6. Nuray Əzizova - Təhsil 8 İOEUGİM

7. Aylin Əliyeva - Ulduz

8. Xədicə Əlizadə - Liman

9. Nuray Qurbanova - Ulduz

10. Lamiyə Məmmədova - Şəfa

11. Məryəm Səmədli - Sabah

12. Suel Polikarpova - Neftçi

13. Sara Səlimova - Neftçi

14. Könül Hüseynova - Ulduz

15. Zeynəb Muradzadə - Təhsil 8 İOEUGİM

16. Tahirə Rəcəb - Şəfa

17. Aydan Nəsrullayeva - Ulduz

18. Səbinə Şərəfxanova - Krılya Sovetov (Rusiya)

19. Şəhanə Mirzəliyeva - Liman

20. Zəhra Abdullayeva - Ulduz


6 may

17:00. Azərbaycan - Litva


8 may

17:00. Azərbaycan - Rumıniya


11 may

12:00. Azərbaycan - Gürcüstan