AZ

“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktorlar Şurasının sədri dəyişdikdən sonra icraçı direktor da dəyişdirilir.

Banker.az-ın əldə etdiyi məlumata görə, Fərəc Axundov Tahir oğlu icraçı direktoru vəzifəsindən ayrılıb.

Onun yerinə Fəridə Laçınova Cavad qızı təyin edilib. Lakin o bu vəzifədə müvəqqəti icraçıdır.

Axundov 2024-cü ildən bu vəzifəyə təyin edilmişdi.

Bundan öncə isə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri dəyişdirilib. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elxan Ağayev Muradxan oğlu müvafiq vəzifəyə təyin edilib. O bu vəzifədə Xəzər Bağırlı Arif oğlunu əvəz edib.

Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.

Seçilən
22
1
banker.az

2Mənbələr