AZ

RFO-nun riyaziyyat və kimya üzrə nəticələriAÇIQLANDI

Respublika fənn olimpiadalarının riyaziyyat fənni üzrə yekun nəticələri, kimya fənni üzrə isə ilkin nəticələr şəxsi kabinetlərə yüklənib.

Redaktor.az xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Kimya fənni üzrə qiymətləndirmə meyarlarını təqdim edirik:

Kimya AYQ_Meyar

Kimya YYQ_Meyar

Nəzərinizə çatdırırıq ki, kimya fənni üzrə koordinasiya prosesi əyani formada Təhsil Texnologiyaları Mərkəzində (Nərimanov rayonu, Fətəli xan Xoyski küç., 109) həyata keçiriləcək. Şagirdlər saat 09:30-dan 14:00-dək mərkəzə gələrək yazı işləri ilə tanış ola, həmçinin münsiflər heyəti ilə görüşərək suallarını ünvanlaya bilərlər.

Riyaziyyat fənni üzrə qalib şagirdlərin adlı siyahısını təqdim edirik: 

Riyaziyyat AYQ_Qaliblər

Riyaziyyat YYQ_Qaliblər

Seçilən
79
redaktor.az

1Mənbələr