AZ

İran rialı dollara qarşı rekord səviyyədə aşağı düşdü

İranın milli valyutası olan rial cəmi bir gündə ABŞ dollarına qarşı rekord səviyyədə aşağı düşdü.

Ucnoqta.az xəbər verir ki, bu, İran maliyyə portalı olan TGJU-nun məlumatlarındaqeyd olunub.

Portala görə, hazırda 1 dollar 1,819 milyon rial dəyərindədir. 28 apreldə 1 dollar 1,65 milyon rial dəyərində idi ki, bu da 10%-dən çox azalma deməkdir.

1 dolların qiyməti son 2025-ci ildə 83,8% artıb. Son üç ildə ABŞ dolları İran rialına qarşı təxminən 219% möhkəmlənib.

Seçilən
54
ucnoqta.az

1Mənbələr