AZ

Türkiyəli məşhur aktrisa evliliyinə SON QOYDU

Ajans.az "Haber Global"a istinadən xəbər verir ki, 2014-cü ildə nikah masasına əyləşən cütlüyün Ali Demir və Eyüp Can adlı iki övladı var. Pelin Karahan və Bedri Güntay anlaşmalı şəkildə boşanıblar. Bununla bağlı onların yaydığı açıqlamada "Bu gündən etibarən qarşılıqlı sevgi və hörmət çərçivəsində evliliyimizi anlaşmalı şəkildə bitirdik. Bundan sonrakı dövrdə də iki övladımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə olan hörmətimiz davam edəcək. Uşaqlarımızın maraqlarının ən yaxşı şəkildə qorunması və inkişafının mənfi təsirə məruz qalmaması üçün mətbuat nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə həssaslıq göstərmələrini xahiş edirik. Bu, məsələ ilə bağlı verəcəyimiz ilk və son açıqlamadır".

Seçilən
64
Ajans.az

1Mənbələr