AZ

Yun Sok Yolun cəzası sərtləşdirildi


Apellyasiya məhkəməsi dövlət orqanlarına mane olduğuna görə Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həbs müddətini yeddi ilə qədər artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, 16 yanvar 2026-cı ildə məhkəmə keçmiş prezidenti həbsə mane olmaqda günahkar bilib və ona beş il həbs cəzası verib.
Belə ki, 2025-ci ilin yanvar ayında prezident mühafizəçiləri hüquq-mühafizə orqanlarının Yun Sok Yolun Seuldakı iqamətgahında həbs olunmasının qarşısını alıblar. Onlar yalnız ikinci cəhddə buna nail oldular.
Yun Sok Yol 2025-ci ilin aprelində prezident vəzifəsindən uzaqlaşdırılıb.
Bu işdə prokurorlar onun üçün 10 il həbs cəzası tələb ediblər.
Qeyd edək ki, Cənubi Koreyada ümumi yurisdiksiya məhkəmə sistemi apelyasiya məhkəməsi və Ali Məhkəmə daxil olmaqla üç səviyyədən ibarətdir.
Seçilən
67
1
yeniavaz.com

2Mənbələr