AZ

Xocalıya növbəti köç olub

Ajans.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə  10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Seçilən
47
1
Ajans.az

4Mənbələr