AZ

Ukrayna BOMBALADI, Rusiyada FÖVQƏLADƏ VƏZİYYƏT: Nazir TƏCİLİ bu şəhərə getdi, Permdə isə...

Ukrayna Silahlı Qüvvələrinin PUA-ları Rusiya ərazisinə və Krıma hücum edib. Ukrayna mediasının yazdığına görə, Orenburq bölgəsindəki neft emalı zavoduna zərbə endirilib, eləcə də Krım yarımadasındakı hərbi aerodromlarda partlayış səsləri eşidilib.

Sonradan məlum olub ki, Orenburqdakı Orsk Neft Emalı Zavoduna (Orsknefteorgsintez) zərbə endirilib. Dron təhlükəsi səbəbindən Orsk, Çelyabinsk, Yekaterinburq və Perm hava limanlarında uçuş məhdudiyyətləri tətbiq edilib.

Həmçinin Permdəki “LUKOIL-Permnefteorgsintez” neft emalı zavoduna zərbə endirilməsi barədə məlumat yayılıb. Zavodda güclü yanğın baş verib. Sosial şəbəkələrdə və mediada şəhərin üzərini Tuapsedəki kimi qatı duman bürüdüyünə dair videolar yayılmağa başlayıb. Artıq Permdə də yerli əhali ekoloji durumdan şikayət edir.
Rusiyanın Tuapse şəhərində yerləşən və “Rosneft” şirkətinə məxsus neft emalı zavodunda baş verən yanğın hələ də davam edir. Hadisə aprelin 28-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumundan sonra başlayıb.

Bölgəyə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. "Azadlıq" Radiosunun Rusiya xidmətinin məumatına görə, o, Krasnodar diyarının operativ qərargahında keçirdiyi brifinqdə neft sızmasının nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlərin yetərli olmadığını bildirib.
Lakin eyni müşavirə ilə bağlı operativ qərargahın rəsmi “Telegram” kanalında bu fikirlər yer almayıb. Əksinə, orada Kurenkovun qüvvə və vasitələrin kifayət etdiyi barədə açıqlaması təqdim olunub.

Aprelin 28-də keçirilən müşavirədən sonra səhər saatlarında yerli hakimiyyət orqanları yanğının lokallaşdırıldığını açıqlayıb. Bununla belə, nazirin qiymətləndirməsindən sonra hadisə yerində çalışan qüvvələrin sayı iki dəfə artırılıb – 160 nəfərdən 312 xilasediciyə çatdırılıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
31
musavat.com

1Mənbələr