AZ

Komitə sədri: 300 dollarlıq limit məsələsinə baxmaq nəzərdə tutulmur

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zamanı Şahin Bağırov deyib.
O qeyd edib ki, bu məsələyə baxmaq nəzərdə tutulmur: "Bəzi ölkələrdə bu limit ya azaldılıb, ya da ləğv edilib, Azərbaycanda isə sosial məsələləri nəzərə alaraq saxlanılıb.

Komitə sədri ticarət üçün xaricdən gətirilən malların limit çərçivəsində gətirilməsi və bu limitdən sui-istifadə edilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bəzi şəxslər xaricdən aldıqları böyük həcmdə məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir: “Düzdür belə insanlar çox deyil, amma biz çalışırıq ki, bu məsələnin qarşısını alaq”.

Seçilən
29
teleqraf.com

1Mənbələr