Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə etibarlı mənbə məlumat verib.
İndiyədək onsuz da Avropa Parlamenti ilə təmasları dayandırmış Azərbaycan, bu qurumla bütün münasibətlərin kəsilməsi haqda rəsmi qərar qəbul edə bilər və hazırda bu məsələ müzakirə mövzusudur.