AZ

Almaniya Baş naziri Friedrich Merz ABŞ-İran münasibətlərindən danışdı

Almaniya Baş naziri Friedrich Merz ABŞ Prezidentinin İran hökuməti tərəfindən alçaldıldığı deyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir bu sözlərdən sonra ABŞ Prezidenti Tramp ilə münasibətlərinin yaxşı olduğunu bildirib və "İranla müharibənin başlanmasına həmişə şübhə ilə yanaşdım, bunu da dilə gətirdim" - deyib.

Baş nazirlik ofisində keçirilən bu mətbuat konfransında Merzə ABŞ-yə qarşı sərt ifadələr istifadə etməsi ilə bağlı suallar verilib. "Son həftələrdə ABŞ Prezidenti Donald Trampa qarşı mövqeyinizi kəskin şəkildə sərtləşdirdiniz. Tramp ilə əməkdaşlığa əsaslanan bir münasibət qurma ümüdünüzü itirdinizmi? Bu, transatlantik əlaqələr baxımından nə deməkdir?" sualına Almaniya Baş naziri belə cavab verib:

"ABŞ Prezidenti ilə şəxsi əlaqəm ən azı mənim üçün dəyişməz olaraq davam edir və yaxşıdır. Sadəcə başından bəri İranla müharibənin başlanmasına şübhə ilə yanaşdım və bunu da dilə gətirdim".

Seçilən
33
manset.az

1Mənbələr