AZ

"Bu səfər bir daha göstərdi ki, Azərbaycan etibarlı dostdur" -Deputat

"Azərbaycanın bir çox Avropa ölkələri ilə çox yaxşı dostluq münasibətləri var, bunların içərisində Çexiya da xüsusi yer tutur. Bizim əlaqələrimiz ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir. Həm siyasi, həm iqtisadi əməkdaşlıq, bir çox dünya məsələlərinə münasibətdə eyni mövqedən çıxış etmə — bunlar bizim münasibətlərimizin əsasını təşkil edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfərindən danışarkən səsləndirdi.

"Tərəflər bundan sonra da əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər. Onlar iki ölkə arasında olan təqribən illik 800 milyon dollarlıq ticarət dövriyyəsini daha da artırmağa və digər sahələr üzrə əməkdaşlığı genişləndirməyə dair razılığa gəliblər. Bu səfər bir daha göstərdi ki, Azərbaycan etibarlı dostdur, Azərbaycanla əməkdaşlıq digər tərəflərin də maraqlarına həmişə uyğun gəlir", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr