Ruandada yaşayan 71 yaşlı kişi Kalikste Nzamvita 16 yaşında yaranmış “jinofobiya” (qadın qorxusu) səbəbindən qeyri-adi həyat sürür.
Ölkə.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bildirilir ki, o, 50 ildən çoxdur özünü xarici dünyadan təcrid edib və evinin ətrafına təxminən 5 metr hündürlüyündə hasarlar çəkərək sanki öz həbsxanasını qurub.
Qadınlardan qaçmaq üçün tək yaşayan kişinin yemək və əsas ehtiyacları kənddəki qadınlar tərəfindən qarşılanır. Yardımlar hasarın üzərindən içəri atılır, o isə heç kim olmayanda götürür.
Həmidə İbrahimova