AZ

Maliyyə Nazirliyinə aparat rəhbəri təyin edilib

Maliyyə Nazirliyinə aparat rəhbəri təyin edilib

Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

AFN.az xəbər verir ki, 63 yaşlı X.Rəhmanov zəngin dövlət qulluğu təcrübəsinə malikdir. O, 1981-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında, 1992-2000-ci illərdə isə Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

2000-ci ildən Maliyyə Nazirliyi sistemində fəaliyyət göstərən X.Rəhmanov bu təyinatadək qurumun Aparat rəhbərinin müavini vəzifəsini tutub. Uzunmüddətli səmərəli fəaliyyəti nəzərə alınaraq, o, 2012-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, bu təyinat nazirliyin aparat daxili idarəetmə strukturunun optimallaşdırılması və təcrübəli kadrların irəli çəkilməsi siyasətinin tərkib hissəsidir.

Seçilən
35
afn.az

1Mənbələr