AZ

Hörmüzün bağlanması Türkiyəyə 24 milyard dollar ziyan vura bilər

Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri neftin qiymətindən asılı olaraq 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.

Azpost.info bildirir ki, bu barədə Türkiyənin enerji naziri Alparslan Bayraktar deyib.

“Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: əgər neftin qiyməti orta hesabla 100 dollar  səviyyəsində qalarsa, bu, ilin sonuna qədər bizə əlavə 13,6 milyard dollara başa gələcək. Qiymət 125 dollara çatarsa, bu, xərcləri 24 milyard dollara qədər artıracaq. Bunlar əlavə xərclərdir”, – deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran Türkiyə xəzinəsinin təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) məbləğində vergi gəlirlərinin itirilməsinə səbəb ola bilər.

AzPost.az

Seçilən
58
4
azpost.info

8Mənbələr