AZ

Səbinə Əliyeva monteneqrolu həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Monteneqro Ombudsmanı Sinişa Byekoviç ilə görüşüb.

Bu barədə Missiya.Az-a Ombudsman Aparatından məlumat verilib.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil ayrı-seçkiliyin qarşısının alınması, bərabərlik hüququnun təmin edilməsi, uşaq hüquqlarının, miqrantların, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə mandatının genişləndirildiyini, qeyd olunan istiqamətlər üzrə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirmək səlahiyyətinin verildiyini bildirib.

Səbinə Əliyeva bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması məqsədilə yaradılmış monitorinq qruplarının fəaliyyəti və əldə olunmuş müsbət təcrübələr barədə qonaqlara geniş məlumat verib.

Eyni zamanda, Müvəkkil ötən il Monteneqroda baş vermiş hadisələr zamanı Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi sahəsində göstərdiyi operativ dəstəyə görə Sinişa Byekoviçə bir daha təşəkkürünü ifadə edib.

Öz növbəsində Monteneqro Ombudsmanı Sinişa Byekoviç səmimi qəbula və qonaqpərvərliyə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib təsisatlar arası əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
44
9
missiya.az

10Mənbələr