AZ

Andrea Berta İstanbulda Osimhen və Barış Alper Yılmazı izləyib

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Atletiko"nun idman direktoru Andrea Berta İstanbulda keçirilən "Qalatasaray" – "Fənərbaxça" derbisini stadiondan izləyib. Sport24.az xəbər verir ki, italiyalı funksionerin "Rams Park"a gəlişinin əsas məqsədi "sarı-qırmızılılar"ın ulduz hücumçusu Viktor Osimhenin çıxışını canlı izləmək olub.

Berta matç zamanı təkcə nigeriyalı forvardı deyil, həm də "Qalatasaray"ın digər aparıcı üzvü Barış Alper Yılmazı yaxından təqib edib. Madrid klubunun yay transfer planlarında hər iki futbolçunun adı ön sıralarda yer alır. Məlumata görə, "Atletiko" rəhbərliyi artıq oyunçuların transfer şərtləri ilə bağlı ilkin məlumat toplamağa başlayıb.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdəki performansı ilə yenidən Avropa nəhənglərinin hədəfinə çevrilib. Barış Alper Yılmaz isə universal oyun tərzi həm hücum, həm də müdafiə xəttində müxtəlif mövqelərdə çıxış etmək bacarığı ilə ispan skautların diqqətini çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sport24.az

1Mənbələr