“Almeriya”nın 25 faizlik səhminə sahib olan Kriştiano Ronaldo klubun gələcəyi ilə bağlı səs-küylü planını açıqlayıb.
Msport.az xəbər verir ki, portuqaliyalı ulduz komandanın La Liqaya yüksələcəyi təqdirdə heyətin Kasemiro ilə gücləndirilməsini təklif edib.
Hazırda İspaniya ikinci divizionunda 67 xalla ikinci pillədə qərarlaşan “Almeriya” birbaşa elitaya qayıtmaq üçün mübarizə aparır. Ronaldo hesab edir ki, komandanın yüksək liqada möhkəmlənməsi üçün Kasemiro kimi təcrübəli və qalib ruhlu futbolçulara ehtiyac var.
Hazırda “Mançester Yunayted”də çıxış edən 34 yaşlı Kasemironun müqaviləsi bu ilin iyununda başa çatır. Azad agent statusu alacaq braziliyalı futbolçu ilə “İnter Mayami” və “Əl-Nəsr” də yaxından maraqlanır.