AZ

ABŞ Kubaya müdaxiləyə hazırlaşır?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Senatı Prezident Donald Trampın Kubaya qarşı tətbiq etdiyi enerji embarqosu ilə bağlı Konqresdən icazə almasını tələb edən qanun layihəsini rədd edib.

"Cebheinfo.az" xəbər verir ki, layihənin müəllifi, demokrat senator Tim Keyn embarqonun Kubada humanitar böhrana səbəb olduğunu vurğulayaraq, bu tənzimləmə ilə həm də Trampın Kubaya hərbi əməliyyat əmri verməsinin qarşısını almağı hədəflədiklərini qeyd edib.

Demokrat senatorlar tərəfindən təqdim olunan və Trampın Kubaya yönəlmiş enerji embarqosu üçün Konqresdən təsdiq alma şərti gətirən layihə ilə bağlı Senatda səsvermə keçirilib.

Layihə 47 "bəli" səsinə qarşı, tənzimləmənin prosedura uyğun olmadığını müdafiə edən respublikaçı senatorların dəstəyi ilə 51 "xeyr" səsi ilə rədd edilib.

Layihəni hazırlayan demokrat senator Tim Keyn etdiyi açıqlamada enerji embarqosunun Kubada humanitar böhrana yol açdığını bildirərək, bu vəziyyətin səhiyyə xidmətlərində fasilələrə səbəb olduğunu, milyonlarla insanın təmiz suya çıxışını çətinləşdirdiyini və qida qiymətlərini artırdığını qeyd edib.

Keyn sözügedən hüquqi tənzimləmənin Trampın Kubaya qarşı mümkün hərbi əməliyyat başlatmasını önləməyi də məqsəd qoyduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp 30 yanvarda Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn bütün mallara gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan Prezident fərmanını imzalamışdı.

Ağ Ev bu qərarın Kubanın "zərərli fəaliyyət və siyasətlərinə" qarşı ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumağı hədəflədiyini müdafiə etmişdi.

Tramp 1 fevralda Kuba rəhbərliyi ilə neft tədarükünün tənzimlənməsi mövzusunda danışıqların başladığını elan etmiş, Kuba isə bunu təkzib etmişdi.

Hökumət xaricdən neft gəlmədən ayaqda qala bilmək üçün fövqəladə vəziyyət paketini işə salmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr