AZ

Almaniya millisinin üzvü üçün transfer mübarizəsi

"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller Avropa klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Yuventus" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

25 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyən klub 40 milyon avroluq sərbəstqalma məbləğini ödəməlidir.

Qeyd edək ki, "Ştutqart" Angelo Ştilleri 2023-cü ilin yayında "Hoffenhaym"dan 5,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
37
1
sportal.az

2Mənbələr