AZ

Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

28 aprel 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) ilə Pakistan Milli Klirinq Şirkəti (NCCPL) arasında Anlaşma Memorandumu (MoU) imzalanıb.

Memorandum sənədi Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın Baş İcraçı direktoru Naveed Qazi tərəfindən imzalanıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmzalanmış memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf (Central Counterparty – CCP) əməliyyatları və əlaqəli bazar infrastrukturları sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də texniki potensialın gücləndirilməsidir.

Bu əməkdaşlıq çərçivəsində tərəflər kapital bazarlarının infrastrukturunun inkişafı istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
marja.az

3Mənbələr