Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında strateji tərəfdaşlıq güclənib və iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üçün yeni imkanlar yaranıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BƏƏ-nin Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan-BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi, sənaye, enerji, nəqliyyat turizm və digər sahələrdə işbirliyinin möhkəmləndirilməsi barədə müzakirələr apardıq", - nazir qeyd edib.