ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda elektrik enerjisinin kəsilməsi səbəbindən idmançıların məşqləri dayandırılıb.
İdman.Biz-in məlumatına görə, stadionun elektrik təchizatı borca görə dayandırılıb və idmançılar artıq bir neçə gündür burada məşq edə bilmirlər.
Nəticədə stadion ərazisində fəaliyyət göstərən cüdo və boks təlim mərkəzləri, eləcə də Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.
Məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, stadion “Sumqayıt” FK-nın balansında deyil və klub burada yalnız icarəçi qismində ev oyunlarını keçirir.
Əldə etdiyimiz məlumata görə, sözügedən stadion Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.
Qeyd edək ki, stadionda elektrik enerjisinin borca görə kəsilməsi barədə məlumatı ilk olaraq sumqayıt24.az saytı yayıb.
Yusif Sadıqlı
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.