ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Amerikalı milyarder İlon Mask süni intellektin inkişafının potensial nəticələrini "Terminator" filmindəki bəşəriyyətin sonu ilə müqayisə edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “OpenAI”-a qarşı məhkəmə iddiasında Maskın bu fikirlərə yer verib: "Biz istəmirik ki, hər şey “Terminator”dakı kimi bitsin. Biz bunun Cin Roddenberin “Ulduz yolu”ndakı kimi bitməsini istəyirik".
O, artıq 2015-ci ildə “OpenAI”-nin baş direktoru Sem Altmanla süni intellektdən sui-istifadədən qorunmağın yollarını müzakirə etdiyini söyləyib. Mask qeyd edib ki, bu narahatlıqlar “Google”-ın həmtəsisçisi Larri Peyc ilə görüşdən sonra daha da güclənib. Peyc, Maskı insanları maşın və alqoritmlərdən üstün tutmaqda günahlandırmışdı.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.