AZ

General-mayor “Konyaspor”a dəstəyinə görə vəzifəsindən oldu -VİDEO

Türkiyə kubokunun 1/4 finalında keçirilən “Konyaspor” - “Fənərbaxça” (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib. Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayorun vəzifəsi aşağı salınaraq o, Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.

Seçilən
33
4
redaktor.az

5Mənbələr