Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Zülal ilə zəngin qidalanma son illərdə geniş yayılıb və bir çox insan tərəfindən sağlam həyat tərzinin əsas hissəsi kimi qəbul olunur.
Lakin bu yanaşmanın həmişə faydalı olub-olmaması barədə müxtəlif fikirlər mövcuddur.
Xüsusilə, zülalın həddindən artıq qəbulu ilə bağlı narahatlıqlar müzakirə mövzusuna çevrilir.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dietoloq Validə Şıxıyeva bildirib ki, zülal orqanizm üçün vacib qida maddələrindən biridir və hüceyrələrin bərpasında mühüm rol oynayır.
Onun sözlərinə görə, gündəlik zülal tələbatı yaşa, cinsə və fiziki fəallığa görə dəyişir.
Dietoloq qeyd edib ki, normadan artıq zülal qəbulu böyrəklərə əlavə yük yarada bilər.
“Balanssız qidalanma uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Zülal mənbələrinin düzgün seçilməsi də mühüm əhəmiyyət daşıyır. Bitki və heyvan mənşəli zülallar arasında tarazlıq qorunmalıdır”.
Firuzə Məmmədova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.