AZ

Kardioloq ürəyin qocalmasını yavaşlatmağın yollarını AÇIQLADI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kardioloq Zühra Salpaqarova ürəyin qocalmasını yavaşlatmağın yollarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.

Həkim bildirib ki, bunun üçün ilk növbədə müntəzəm fiziki aktivlik vacibdir. Onun sözlərinə görə, həftədə ən azı 150 dəqiqə idman etmək ürəyin fəaliyyətini yaxşılaşdırır və ateroskleroz riskini azaldır.

Mütəxəssis sağlam qidalanmanın da böyük rol oynadığını vurğulayıb. Pəhrizdə tərəvəz, meyvə, tam taxıl məhsulları, balıq və qoz-fındığa üstünlük verilməli, şəkər, duz və emal olunmuş qidalar isə məhdudlaşdırılmalıdır.

Həkim həmçinin siqaret və spirtli içkilərdən uzaq durmağı, kifayət qədər yatmağı tövsiyə edib. Salpaqarova qeyd edib ki, qan təzyiqi, qlükoza səviyyəsi və lipid profili hətta heç bir simptom olmayan insanlarda belə ildə ən azı bir dəfə yoxlanmalıdır. Onun sözlərinə görə, bu tədbirlər insult və infarkt riskini azaltmağa kömək edir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
redaktor.az

2Mənbələr