AZ

Kamran Əliyev Mərakeşdə - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərinə rəsmi işgüzar səfər edən Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ælahəzrət Kral V Məhəmmədin məqbərəsini ziyarət edib.

Nümayəndə heyəti ilə Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib, iki ölkənin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyəti ilə Mərakeş Krallığının ədliyyə naziri Abdullatif Ouahbi arasında geniş tərkibdə ikitərəfli görüş keçirilib. Tərəflər Azərbaycan və Mərakeşin müxtəlif qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında olub, təşkilatın Baş direktoru doktor Salim Al Maliklə görüşüb, həmçinin mənzil-qərargahda yerləşən, Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş muzeyi ziyarət edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Mərakeş Krallığının yerli televiziya və mətbuat qurumlarına müsahibə verib. Qeyd edib ki, bu xarakterli səfərlər cinayətkarlığa qarşı mübarizədə ortaq çətinliklərin müəyyən edilməsi və buna uyğun effektiv cavab tədbirlərinin hazırlanması üçün təcrübənin bölüşdürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, birgə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq müzakirələr aparılıb və irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi qərara alınıb.

Seçilən
51
adalet.az

1Mənbələr