AZ

Cəbrayılda “Obyektivdə Zaman və Memarlıq” adlı foto füsabiqə çərçivəsində təlim keçirilib

Cəbrayılda

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Cəbrayılda “Obyektivdə Zaman və Memarlıq” adlı foto füsabiqə çərçivəsində təlim keçirilibUlusum.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncama əsasən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilib.Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin eləcə də Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə Cəbrayılda “Obyektivdə Zaman və Memarlıq” adlı foto müsabiqə keçirilib.Layihə çərçivəsində şagirdlər üçün mobiloqrafiya üzrə təlimi Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Mirnaib Həsənoğlu və Fərhad Sultanov keçib. Mirnaib Həsənoğlu fotoqrafiya tarixi və Azərbaycan fotoqrafiyası , Fərhad Sultanov isə mobiloqrafiya üzrə məlumatlar paylaşıblar.Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri arasında keçirilən foto mobiloqrafiya müsabiqəsinin məqsədi şəhərsalma və memarlıq dəyərlərinin təbliği, gənclərin yaradıcılıq potensialının inkişafı, azad olunmuş ərazilərin yeni simasının ictimai təqdimatı, həmçinin memarlıq irsinin və müasir quruculuğun tanıdılması, şagirdlərin praktik fotoqrafiya bacarıqlarının inkişafı, gənclərin şəhərsalma proseslərinə marağının artırılması və Cəbrayılın vizual arxivinin yaradılmasıdır. Eyni zamanda, şagirdlərdə məskunlaşdıqları əraziyə, şəhər, kənd mühitinə estetik baxışın formalaşdırılması və mobiloqrafiya vasitəsilə onların yaradıcılıq potensialının inkişaf etdirilməsi də hədəflənir.Təlim zamanı iştirakçılara mobil fotoqrafiyanın əsas prinsipləri, düzgün kadr quruluşu (kompozisiya), işıqdan effektiv istifadə, rakurs seçimi və vizual hekayə quruculuğu barədə ətraflı məlumat verilib. Eyni zamanda, portret və həyat tərzi (“lifestyle”), “Zamanın memarı” kateqoriyaları üzrə çəkiliş xüsusiyyətləri, şəhər mühitində memarlıq elementlərinin düzgün təqdim edilməsi, həmçinin mobil tətbiqlər vasitəsilə ilkin foto redaktə üsulları izah olunub.Qeyd edək ki, şagirdlər tərəfindən çəkilərək təqdim olunan işlər qiymətləndirmə mərhələsindən keçiriləcək. Daha sonra uğurlu şəkillərdən ibarət sərgi təşkil olunacaq. Sərgidə qalib olan şagirdlərə hədiyyələr və sertifikatlar təqdim ediləcək.Cəbrayılda

Diqqət Çəkənlər

Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib

Seçilən
58
5
ulusum.az

6Mənbələr