AZ

Nazir: Türkiyə Hörmüzün bağlanmasına görə 24 mlrd dollar itirə bilər

Hörmüz boğazının bağlanması Türkiyəyə 13,6 milyard dollarla 24 milyard dollar arasında başa gələ bilər.

Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri neftin qiymətindən asılı olaraq 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.

Ölkə.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
Nazir bildirib ki, böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: “Əgər neftin qiyməti orta hesabla 100 dollar səviyyəsində qalarsa, ilin sonuna qədər bu, əlavə 13,6 milyard dollar olacaq. Əgər qiymət 125 dollar olarsa, xərclər 24 milyard dollara qədər artacaq. Bunlar əlavə xərclərdir".
Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran səbəbindən Türkiyə xəzinəsi təxminən 13,3 milyard dollar həcmində vergi itirə bilər.

Mürtəza

Seçilən
43
4
olke.az

8Mənbələr