ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 aprel, AZƏRTAC
Səməd Vurğun və Konstantin Simonovun poeziyasını birləşdirən gecəni keçirmək ideyası təsadüfi deyildi. Dünya poeziyasının bu iki nümayəndəsini bir-birinə möhkəm, uzun illər davam edən dostluq münasibətləri bağlayırdı. Musiqili-poetik gecə onların talelərinin və poeziyalarının tellərindən toxunmuş görünməz körpüdür və keçmişə səyahət etməyimizə kömək edir.
Bu barədə “Stolitsa.rt” yaradıcılıq birliyinin rəhbəri Vəfa Məmmədova-Qavrilova “Mənim dostum Səməd Vurğun” poeziya gecəsi zamanı AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə danışıb. Tədbir şair-dostlar Səməd Vurğun və Konstantin Simonovun yaradıcılığına həsr olunub və görkəmli Azərbaycan dramaturqunun ev-muzeyində baş tudub.
“Onların yaradıcılığına və tərcümeyi-halları ilə ilk dəfə nüfuz edərkən görürük ki, dillərdə və mədəniyyətlərdəki fərqlərə baxmayaraq, bu şəxsiyyətləri daha böyük amil birləşdirirdi. Biri müharibənin odlu-alovlu illərinin salnaməçisi idi, digəri isə doğma torpağı olan Azərbaycanı tərənnüm edirdi. Lakin hər ikisinin yaradıcılığı vətənlərinə səmimi sevgi və insan ruhunun möhkəmliyinə inamla doludur”, - deyə həmsöhbətimiz qeyd edib.
O, S.Vurğun ilə K.Simonovun arasında sərhəd tanımayan dostluq, qarşılıqlı hörmət və yaradıcı əməkdaşlıq olduğunu vurğulayıb.
“Simonov Vurğunun bir çox poetik əsərlərini rus dilinə tərcümə edib. Onlar dünya poeziyasının səmasında iki fərqli, eyni zamanda da eyni dərəcədə parlaq ulduzlardır.
İkiqat ildönümü münasibətilə keçirilən bu gecə Şərq və Qərbin səslərinin qovuşduğu unikal bir dialoq yaratmaq cəhdidir. İncəsənət və səmimiyyət bütün sərhədləri aşır!” - deyə V.Məmmədova-Qavrilova sözlərini yekunlaşdırıb.
Müəllif – Anara Axundova
Fotoqraf – Səfiyar Məcnun
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.