AZ

Türkiyədə ilk: 222 ölçülü nəhəng ayaqqabı istehsal edildi

Türkiyənin Bolu şəhərində rekord ölçüdə ayaqqabı hazırlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihə Gerede Peşə Məktəbinin texniki Ahmet Çetinkayanın rəhbərliyi ilə həyata keçirilib.

Bildirilib ki, texnik və məktəbin tələbələri tərəfindən 222 ölçülü ayaqqabı istehsal olunub.

Tələbələr əvvəlcə köpük və gips materiallarından istifadə edərək ayaqqabının qəlibini hazırlayıblar. Daha sonra 7 panelli dəri və xüsusi altlıqdan istifadə olunaraq ayaqqabı tamamlanıb.

Seçilən
59
publika.az

1Mənbələr