AZ

Böyükşor Pirşağı yolunda yarışan “Mercedes” sürücüləri təhlükə saçdı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyükşor-Pirşağı yolunda kobud qayda pozan sürücülər kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib. Hadisə aprelin 28-də saat 20:41 radələrində qeydə alınıb.

Görüntülərdə Balaxanı istiqamətindən hərəkət edən “Mercedes” markalı avtomobillərin sürücülərinin yolda təhlükəli manevrlər etdikləri əks olunub. Belə ki, ardıcıl şəkildə ən sağ zolaqdan birbaşa ən sol zolağa keçən sürücülər görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıblar.

Şikayətçinin sözlərinə görə, həmin sürücülər yol boyu bir-biri ilə yarışaraq hərəkət ediblər. Hadisə zamanı avtomobildə olan azyaşlı isə baş verən vəziyyətdən qorxu keçirib.

Qeyd edək ki, belə manevrlər yol hərəkəti təhlükəsizliyinin pozulması hesab olunur və digər hərəkət iştirakçıları üçün yüksək qəza riski yaradır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
avtosfer.az

1Mənbələr