AZ

Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb -VİDEO

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.

 

"Report"a bu barədə məlumatı verən Sabirabad rayon Fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov nəticədə kəndlər arasında nəqliyyat əlaqəsinin müvəqqəti olaraq məhdudlaşdığını bildirib.

 

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışlardır.


Seçilən
46
7
senzor.az

10Mənbələr